logo

Bu gün 55 doza vaksin vurulub

16:46 01-06-2023 | icon 6580
Bu gün 55 doza vaksin vurulub

İyunun 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 55 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 20, ikinci doza vaksinlərin sayı 14, üç və daha çox doza vaksinlərin sayı 21, pozitiv nəticədən sonra “buster” vaksini vurulmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 965 min 701, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 492, ikinci mərhələ üzrə 4 milyon 883 min 877, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 98, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 234-dür.