logo

Prokurorluq Abşeronda fəhlənin iş yerində ölməsini araşdırır

12:02 31-05-2023 | icon 1652
Prokurorluq Abşeronda fəhlənin iş yerində ölməsini araşdırır

Mayın 30-u saat 11 radələrində Abşeron rayonu ərazisində yerləşən anbarların birində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Əhmədovun iş yerində almış olduğu xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib  ki, ilkin araşdırmalarla Tahir Əhmədovun iş yerində nərdivandan yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.