logo

“Azercell” Uşaq Hüquqlarının Qorunması Həftəsi elan edir

20:20 25-05-2023 | icon 1953
“Azercell” Uşaq Hüquqlarının Qorunması Həftəsi elan edir

“Azercell Telekom” MMC, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, Ədliyyə Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNICEF Azərbaycan və Avropa İttifaqı ilə birgə əməkdaşlıq çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün silsilə tədbirlərə start verir.

Layihə indiyə qədər ölkədə təcrübədə tətbiq edilməyən, tam yeni formatda təşkil olunacaq və bir gün deyil, bir həftə boyunca uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş və həssas qrupa aid uşaqlar (sosial təcrid şəraitində yaşayan və azadlıqdan məhrum edilmiş azyaşlılar, zorakılığa məruz qalan uşaqlar) üçün nəzərdə tutulmuş müxtəlif fəaliyyətlərdən ibarət proqram üzrə həyata keçiriləcək.

Tədbirlər planı Ümidli Gələcək STİB-nin xidmət mərkəzlərində qeydiyyatda olan, Uşaq Tərbiyə Müəssisəsində yaşayan, Probasiya xidməti nəzarətinə verilən, həmçinin Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə müraciət edən uşaq və yetkinlik yaşına çatmayanları da əhatə edəcək.

Həftəlik çərçivəsində həssas qruplara aid uşaqların asudə vaxtının səmərəli təşkili üçün art terapiya, psixoterapiya sessiyaları, komanda oyunları, ekskursiyalar, eləcə də Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulub. Uşaq Tərbiyə Müəssisəsində baş tutacaq tədbirə qonaq və rol-model qismində dəvət olunmuş bir çox tanınmış sima çətin uşaqlıqları fonunda uğur-motivasiya hekayələrini bölüşəcək. Bundan əlavə, uşaq hüquqlarının müdafiəsinə xidmət edən dəstək kanallarını və Azərbaycan Uşaq Qaynar Xidmətini tanıtmaq məqsədilə Bakı şəhərinin metro çıxışlarında uşaq və valideynlərə Uşaq Qaynar Xətt Xidməti haqqında məlumatlar və əlaqə nömrələri əks olunan suvenir və hədiyyələr paylanacaq.

Qeyd edək ki, “Azercell Telekom” 116111 qısa nömrəsi ilə 24/7 rejimdə çalışan Azərbaycan Uşaq Qaynar Xəttinin 2010-cu ildən etibarən əsas tərəfdaşıdır. Həmçinin “Azercell”in təşəbbüsü və dəstəyi ilə 2022-ci ildə yaradılan Qadın Qaynar Xətt Xidməti fəaliyyət göstərir. “Azercell” cəmiyyətimizin ən həssas, ən çox qayğı və diqqət tələb edən təbəqələrinə dəstək olmaq, uşaqların sağlam mühitdə böyüyüb inkişaf etməsinə yardım istiq