logo

İsrail-Azərbaycan münasibətləri qarşılıqlı etimad üzərində qurulub

14:14 25-05-2023 | icon 1519
İsrail-Azərbaycan münasibətləri qarşılıqlı etimad üzərində qurulub

İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlər qarşılıqlı hörmət və etimad üzərində qurulub.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfirliyi tərəfindən Müstəqillik Günü münasibətilə bu ölkədə təşkil olunan rəsmi tədbirdə İsrail Hökuməti adından çıxış edən kəşfiyyat naziri Gila Qamliel deyib.

O, yeni fəaliyyətə başlayan Azərbaycan səfirliyi tərəfindən təşkil edilmiş ilk Müstəqillik Günü tədbirində iştirakından şərəf duyduğunu ifadə edib.

İsrailli nazir cari ilin mart ayında prezident İlham Əliyev ilə baş tutmuş görüşünü məmnunluqla xatırlayaraq hər iki ölkənin regionda və dünyada sülhün, stabilliyin təmini üçün birlikdə çalışdıqlarını ifadə edib. G.Qamliel iki ölkə arasındakı münasibətlərin inkişafında Azərbaycanda yaşayan yəhudi icmasının xüsusi rolu olduğunu vurğulayıb.