logo

Bu gün Moskvada Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü keçiriləcək

12:52 25-05-2023 | icon 1757
Bu gün Moskvada Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü keçiriləcək

 

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə iki ayrı-ayrı görüşlər keçirəcək, daha sonra liderlərin üçtərəfli danışıqları təşkil olunacaq.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev Moskvada bu gün keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında da iştirak edəcək.

“Bu gün iclasda Azərbaycan prezidenti İlham Heydər oğlu Əliyevin qonaq qismində ilk dəfə iştirak edəcəyi mühümdür”, - deyə D.Peskov bildirib.

Kremlin sözçüsü əlavə edib ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Tacikistan prezidenti Emoməli Rəhmon iclasa videoformatda qoşulacaqlar.