logo

Azərbaycanda daha 3 nəfər  koronavirusa yoluxub

16:16 22-05-2023 | icon 1463
Azərbaycanda daha 3 nəfər  koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,indiyədək ölkədə ümumilikdə 831 min 735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 386 nəfər müalicə olunaraq sağalıb, 10 min 272 nəfər vəfat edib. Aktiv xəstə sayı 77 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 714, bu günə qədər isə ümumilikdə 7 milyon 612 min 419 test icra olunub.