logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

10:01 16-05-2023 | icon 1106
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 43 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.