"Elbrus" dağına çıxan zaman iki alpinisti ildırım vurub.
YeniAvropa ”RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Kabardin-Balkar üzrə Baş İdarəsi məlumat yayıb.
"Çərşənbə günü 16.55-də ilkin məlumat daxil oldu ki, "Elbrus" dağının 4300 və 4200 metr yüksəkliyində iki alpinist ildırım vurması nəticəsində xəsarət alıb",-deyə xəbərdə qeyd olunur.
İdarədən verilən məlumatda həmçinin qeyd edilib ki, xəsarət alanlardan biri ağır vəziyyətdədir, digərinin vəziyyəti isə orta-ağırdır.
Hadisə yerinə FHN-in "Elbrus" yüksək dağlıq axtarış-xilasetmə dəstəsinin 6 xilasedicisi yollanıb.