logo

Yaponiya sahillərinə iki tufan yaxınlaşır

20:28 22-08-2018 | icon 2688
Yaponiya sahillərinə iki tufan yaxınlaşır

Yaponiya sakinləri ölkə ərazisinin geniş hissəsini əhatə edəcək güclü yağış və küləklə müşaiyət olunan iki tufanı qarşılamağa hazırlaşır.

YeniAvropa xəbər verir  ki, Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, avqustun 22-də günorta saatlarında “19 nömrəli” tufan Naqasaki prefekturasının cənub və cənub-qərb sahillərindən 290 kilometr məsafədədir. Tufanın saatda 20 kilometr sürətlə qərb və şimal-qərb istiqamətində irəlilədiyi bildirilir.

Bununla yanaşı, Yaponiyanın şimal-qərb sahillərinə Sakit okeandan saatda 30 kilometr sürətlə “20 nömrəli” adlandırılan ikinci tufanın da yaxınlaşdığı barədə xəbərlər yayılıb. Həmin tufanın avqustun 23-də Yaponiya sahillərinə çatacağı gözlənilir.