logo

Azərbaycanda əhalinin hər 8 nəfərindən biri sahibkardır

13:53 04-05-2023 | icon 2128
Azərbaycanda əhalinin hər 8 nəfərindən biri sahibkardır

Azərbaycanda 1 milyon 400 mindən çox sahibkar var. Ölkədə əhalinin hər 8 nəfərindən biri sahibkardır. Bu, kifayət qədər böyük göstəricidir.

YeniAvropa xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanda prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişafı üçün mühitin və aparılan islahatların mühüm nəticəsidir. Sahibkarlıq sahəsində maneələrin aradan qaldırılması istiqamətində Azərbaycan dövlətinin iqtisadi siyasətində bir ardıcıllıq var. Bu ardıcıllıq hər zaman sahibkarların xeyrinə olur və sahibkarlığın inkişafı üçün vacib göstəricidir.

“2022-ci ildə Azərbaycan dövlət büdcəsinə yığılan vergilərin 80 faizi özəl sektor tərəfindən ödənib. Bu gün ümumi daxili məhsulun təxminən 83 faizi özəl sektor tərəfindən formalaşır. Azərbaycanın qəbul etdiyi “2030: Milli Prioritetlər” sənədində ölkəmizin bundan sonra iqtisadi inkişafın əsasında özəl təşəbbüskarlığın durduğu göstərilir”, - deyə komitə sədri qeyd edib.