logo

İrəvanda Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir

12:12 04-05-2023 | icon 2450
İrəvanda Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir

Qarabağın azad edilməsi uğrunda Azərbaycanın apardığı Vətən müharibəsi və sərhəddə baş verən toqquşmalar zamanı ölən erməni hərbçilərinin qohumları Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Ermənistan hökumətinin binası qarşısında aksiya keçirirlər.

YeniAvropa xəbər verir ki, Nikol Paşinyanı qohumlarının ölümündə və silahlı toqquşmalar nəticəsində ərazilərin itirilməsində ittiham edən etirazçılar hökumət başçısının istefasını tələb edir, onu məhkəmə ilə hədələyirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın keçirildiyi yeri mühafizə altına alaraq etirazçıların nazirlər kabinetinin binasına girişini bağlayıb.