Gürcüstan prezidenti Giorgi Marqvelaşvili müqəddəs Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib.
YeniAvropa xəbər verir ki, Gürcüstanın dövlət başçısı “Facebook”dakı səhifəsində paylaşdığı təbrik məktubunda Qurban bayramının birlik, xeyriyyəçilik və humanistlik bayramı olduğunu vurğulayıb, müsəlmanlara uğurlar və tərəqqi arzulayıb.
Prezident Gürcüstan əhalisinin ayrılmaz tərkib hissəsi olan müsəlmanların bu ölkənin inkişafındakı rolunu xüsusi qeyd edib.