logo

Əhmədli stansiyasında yük vaqonu relsdən çıxıb

09:08 02-05-2023 | icon 13510
Əhmədli stansiyasında yük vaqonu relsdən çıxıb

Bu gün saat 5:30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən bir yük vaqonu relsdən çıxıb.

“Azərbaycan Dəmir Yollar” QSC-dən YeniAvropa-ya bildirilib ki, nəticədə vaqondan yük axını baş verib. Hadisənin başvermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.