logo

Audiovizual Şura telekanallara xəbərdarlıq etdi

12:32 01-05-2023 | icon 1071
Audiovizual Şura telekanallara xəbərdarlıq etdi

Mayın 1-də Audiovizual Şuranın onlayn formatda növbəti iclası keçirilib.

ŞuradanYeniAvropa-ya bildirilib ki, iclasda "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair 2024-cü ilədək Tədbirlər Planı"na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Audiovizual Şuraya ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş audiovizual proqramlarının monitorinqi nəticəsində bir sıra televiziya redaksiyalarının efirində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktı qeydə alınıb. Belə ki, aprelin 25, 26, 27-də "Xəzər TV", martın 28-i, aprelin 4-ü və 26 aprelin 26-da "ATV", martın 28-də "ARB", martın 10-da isə "Dünya TV" televiziya redaksiyalarının efirində süni mayalanma üzrə tibbi xidmətin reklamına yol verilməsi halları aşkarlanıb.

Aparılan müzakirələrdən sonra Audiovizual Şura "Xəzər TV" MMC-yə, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına, "ARB 24" MMC-yə, "Dünya" Müstəqil Televiziya və Radio Şirkəti Redaksiyasına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.