İran hökuməti xarici turistlərin pasportlarına ölkəyə giriş və çıxış zamanı möhür vurulmasını ləğv etmək niyyətindədir.
YeniAvropa xəbər verir ki, bu haqda yerli "Mehr" nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, bu tədbirlər ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədardır.
Qeyd olunur ki, İran hökuməti xarici turistləri bu tədbirlərin köməkliyi ilə "hər hansı bir narahatlıq"dan azad etmək niyyətindədir.
Bu təşəbbüs artıq İranın Xarici İşlər Nazirliyi , eləcə də, Sənaye və Ticarət Nazirliyi tərəfindən təqdir olunub.