logo

Ukraynada NATO-nun 100 nəfərlik xüsusi bölməsi fəaliyyət göstərir

13:59 14-04-2023 | icon 2786
Ukraynada NATO-nun 100 nəfərlik xüsusi bölməsi fəaliyyət göstərir

Ukraynada NATO-nun peşəkar hərbçilərdən ibarət xüsusi bölməsi fəaliyyət göstərir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə məlumat Pentaqonun internetə sızan, lakin doğruluğu təsdiqlənməyən məxfi materiallarında yer alıb.

“Martın 23-nə olan məlumata görə, Ukrayna ərazisində 97 peşəkar hərbçidən ibarət azı bir xüsusi bölmə mövcuddur. Onların 50-si britaniyalı, 17-si latviyalı, 15-i fransalı, 14-ü amerikalı, biri isə niderlandlıdır”, - deyə sənədlərin bir hissəsinin saxta ola biləcəyini istisna etməyən “Politico” nəşri yazıb.

Qəzet qeyd edir ki, Böyük Britaniya bu məlumatlara şərh verməsə də, ABŞ Ukraynadakı səfirliyində hərbi əməliyyatlarda iştirak etməyən kiçik hərbi kontingentin olduğunu etiraf edib.

Bir çox xarici media nümayəndələrinin fikrincə, Ukraynada davam edən hərbi əməliyyatlar şəraitində internetə sızdırılan məlumatların əksəriyyəti çox böyük ehtimalla Rusiya xüsusi xidmət orqanlarını yayındırmaq üçün dezinformasiyadan ibarətdir.

Qeyd edək ki, aprelin 13-də məxfi materialların yayılmasında ittiham olunan ABŞ Milli Qvardiyasının Hərbi Hava Qüvvələrində xidmət edən 21 yaşlı Cek Daqlas Teyşeyranı həbs edilib. O, Pentaqonun məxfi materiallarının internetə sızdığı güman edilən onlayn “Discord” platformasında “Thug Shaker Central” qrupuna rəhbərlik edir.