logo

Norveç Rusiya səfirliyinin 15 əməkdaşını ölkədən qovub

16:56 13-04-2023 | icon 2534
Norveç Rusiya səfirliyinin 15 əməkdaşını ölkədən qovub

Norveç hökuməti Rusiyanın Oslodakı səfirliyinin 15 əməkdaşını ölkədən qovur.

YeniAvropa Norveç Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, həmin diplomatlar “persona non qrata” (“arzuedilməz şəxs”) elan edilib.

Məlumatda bu adamların Norveçdən qovulması barədə qərar “Rusiya tərəfindən casusluq fəaliyyəti təhlükəsinin artması” ilə izah edilir, ölkədən qovulan diplomatlar isə “Rusiya kəşfiyyatının zabitləri” adlandırılır.

 “Hökumət Rusiya kəşfiyyatının Norveçdə diplomatik pərdə altında işləyən 15 əməkdaşını “persona non qrata” elan etməyi qərara alıb. Bu zabitlər ən yaxın vaxtda Norveçi tərk etməlidirlər. Norveçə gəlmək arzusunda olan kəşfiyyat əməkdaşlarına viza verilməyəcək”,-nazirliyin yaydığı məlumatda bildirilib.

Norveç xarici işlər naziri Anniken Hyuitferddin sözlərinə görə, ölkədən qovulan əməkdaşlar onların diplomatik statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olublar. Nazir deyib: “Biz rusiyalı kəşfiyyatçıların Norveçdə diplomat adı altında fəaliyyət göstərməsinə imkan verməyəcəyik. Bu kəşfiyyat zabitlərinin fəaliyyəti uzun müddət izlənib. Eyni zamanda, təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi üzündən Norveçdə Rusiya kəşfiyyatı təhlükəsi güclənir. Məhz bu fonda biz indi həmin tədbirləri görməyi qərara aldıq”.