logo

Ukrayna yayda əks-hücuma başlaya bilər-Baş nazir

11:33 12-04-2023 | icon 2583
Ukrayna yayda əks-hücuma başlaya bilər-Baş nazir

Ukrayna əks-hücumun vaxtı ilə əlaqədar Avropanın təzyiqini hiss etmir. Əks-hücum əməliyyatları yalnız buna 100 faiz hazırlıq olduqdan sonra başlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal “The Hill” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, hücum əməliyyatları yay aylarında başlaya bilər.

Baş nazir bildirib ki, hücum əməliyyatları üçün Kiyevə əlavə yardımlar edilməlidir: “Əks-hücumlara başlamaq üçün daha çox artilleriyaya, sursata, orta və uzaq mənzilli raketlərə, tanklara və qırıcılara ehtiyacımız var”.

Denis Şmıqal Vaşinqtona səfəri çərçivəsində Ukraynaya beynəlxalq yardımlara həsr olunan bir sıra görüşlər keçirəcək, Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin, həmçinin Beynəlxalq Valyuta Fondu və Dünya Bankının inkişaf üzrə birgə komitənin yaz sessiyasında iştirak edəcək.

Ukraynanın baş naziri dünən kanadalı həmkarı Castin Trüdo ilə də görüşüb. Tərəflər Ottavanın Kiyevə yeni hərbi yardım paketi ilə bağlı razılığa gəlib.