logo

Qanada Kofi Annanın vəfatı ilə bağlı bir həftəlik matəm elan edilib

17:02 18-08-2018 | icon 2562
Qanada Kofi Annanın vəfatı ilə bağlı bir həftəlik matəm elan edilib

Qana prezidenti Nana Akufo-Addo BMT-nin sabiq baş katibi Kofi Annanın vəfatı ilə əlaqədar avqustun 20-dən başlayaraq dövlətin ərazisində və ölkənin diplomatik missiyalarında bayraqların bir həftə endirilməsi barədə göstəriş verib. 

YeniAvropa  xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat dövlət başçısının saytında yerləşdirilib.

Prezident Kofi Annanın ailəsinə və yaxınlarına “böyük itki” ilə əlaqədar başsağlığı verib. Onun sözlərinə görə, Annanın həyat yoldaşı diplomatın dünyadan “sakit, yuxuda ikən” köçdüyünü deyib. Dövlət başçısı qeyd edib ki, Annan BMT-nin Baş katibi postunda və beynəlxalq arenada fəaliyyəti sayəsində Qanaya “xeyli məşhurluq” qazandırıb.

Xatırladaq ki, Kofi Annan qısa sürən xəstəlikdən sonra avqustun 18-də 80 yaşında dünyasını dəyişib. O, 1997-ci və 2001-ci illərdə iki müddətə BMT-nin Baş katibi seçilib və Nobel Sülh Mükafatına layiq görülüb.