BMT-nin sabiq baş katibi Kofi Annan 80 yaşında vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, 80 yaşlı Kofi Annan bu gün səhər İsveçrənin Bern şəhərində xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, 1997-2006-cı illərdə BMT-nin baş katibi olmuş Kofi Annan bu vəzifəni daşıyan ilk Qanalı(Afrika) qaradərilidir. O, dünyada sülhün bərqərar edilməsinə verdiyi töhfələrə görə 2001-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.
O, həm də 2004-cü ildə Kiprda türk və yunan tərəfləri aracında birgə idarəetməyə dair refenendumun keçirilməsinin təşəbbüskarı olduğundan, həmin təşəbbüs Annan planı adlandırılmışdır.
Kofi Annanın Suriya böhranının tənzimlənməsində də böyük xidməti olmuş və onun irəli sürdüyü təkliflər dəstəklənmədiyindən təşkilatdakı vəzifəsindən istefaya getmişdir.