logo

Donald Trampın məhkəməsi ilin sonuna təyin edilib

09:29 05-04-2023 | icon 1869
Donald Trampın məhkəməsi ilin sonuna təyin edilib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın işi üzrə növbəti ilkin məhkəmə iclası 2023-cü il dekabrın 4-nə təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

D.Tramp məhkəmə iclasına şəxsən özü gəlməli olacaq. Bu, tərəflərin vəsatət qaldıra biləcəyi bir sıra prosessual iclaslarında ilk olacaq.

Həmçinin belə iclaslarda həbs-qətimkan tədbiri məsələsinə baxılır. Hələlik D.Trampa qarşı heç bir qətimkan tədbir tətbiq edilməyib.