Bakıda Azərbaycan-Çexiya siyasi məsləhətləşmələri keçirilib
Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Çex Respublikası Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Çex Respublikası Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru Yaroslav Kurfürst rəhbərlik ediblər.
Siyasi məsləhətləşmələr zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, gələcək perspektivləri, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, konsulluq məsələləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.
Müzakirələr zamanı nazir müavini X.Xələfov 2023-cü ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu qeyd edərək, bu illər ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bu prosesdə yüksək səviyyəli siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını və münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib. O, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri haqqında məlumat verib və bu istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.
X.Xələfov qarşı tərəfə postmünaqişə dövründə bölgədə yaranan yeni reallıqlar, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib. Azərbaycanın Ermənistan ilə münasibətlərinin normallaşması, sülh gündəliyinin irəlilədilməsi, dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması istiqamətindəki təşəbbüsləri barədə qarşı tərəfi məlumatlandıraraq, eyni zamanda, Ermənistan tərəfindən törədilən təxribatların, xüsusilə də üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməməsinin bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə təhdid yaratdığını diqqətə çatdırıb.
Y.Kurfürst Azərbaycan ilə Çexiya arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və 2015-ci ildə imzalanmış müvafiq Birgə Bəyanatdan irəli gələrək münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib. O, Çexiyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini, bölgədə davamlı sülhün və sabitliyin bərqərar olmasının əhəmiyyətini vurğulayıb. Cari il martın 3-də Praqada Azərbaycan-Çex Respublikası hökumətlərarası komissiyasının iclasının məhsuldar keçirildiyini və bunun iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafına töhfə verdiyini bildirilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Sabah Bakıda arabir yağış yağacaq,30° isti olacaq
Dünya çempionatı:Daha iki taekvondoçusumuz mübarizəni dayandırıb
“Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələlərindəki rəqibləri kim olacaq?
Bakıda Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü keçirilir
Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb
Azərbaycan və İsrail prezidentlərinin təkbətək görüşü keçirilib
Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunur
İsrail prezidentinin rəsmi qarşılanma mərasimi olub
Milli Məclisdə 28 məsələ müzakirəyə çıxarılıb
Bakıda II Xəzər Su İnnovasiya Forumu keçirilir
İsrailin prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Bakıda kafedəki davada ər-arvad bıçaqlanıb
Dünya çempionatı:Daha iki taekvondoçumuz mübarizəyə başlayır
Ermənilər Qarabağdakı mövqelərimizi atəşə tutub
Rəsmi Bakı Ermənistanın qərəzli bəyanatını qətiyyətlə rədd edir
Media nümayəndələri Laçına səfər ediblər
Erməni separatçılarının Qarabağda mühəndis işləri aparmasının qarşısı alınıb-MN
İlham Əliyev Bakıda dünya çempionatının açılışında iştirak edib
Sabah Bakıda 33° isti olacaq,bölgələrdə leysan yağacaq
İlham Əliyev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Şirvanda terminaldan oğurluq edən şəxs saxlanılıb
İlham Əliyev Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib
Londondan Honkonqa uçan təyyarə Bakıda təcili eniş edib
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb