logo

Sabah Bakıda arabir yağış yağacaq, 8° isti olacaq

13:33 31-03-2023 | icon 1057
Sabah Bakıda arabir yağış yağacaq, 8° isti olacaq

Azərbaycanda aprelin 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3°-dək isti, gündüz 6-8° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 10-14° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı bildirilir.