BMT-nin yüksək səviyyəli iclasında Ermənistanın ekoloji terrorundan danışılıb
Milli Məclisin sədri Sahibə Qafarova Nyu-Yorka işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatında (BMT) “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında transformativ həll yolu kimi sıfır tullantıların rolu” mövzusunda keçirilən yüksək səviyyəli iclasda iştirak edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, yüksək səviyyəli iclas Türkiyənin birinci xanımı Əminə Ərdoğan tərəfindən irəli sürülmüş “Sıfır tullantı” təşəbbüsü əsasında qəbul olunmuş BMT Baş Assambleyasının qətnaməsinə həsr edilib.
Tədbirdə çıxış edən Əminə Ərdoğan insanların planetimizdə balanslı və ölçülü şəkildə dərin bağlara malik mövcud rəngarəngliyin bir parçası olduğunu söyləyib. O qeyd edib ki, bu baxımdan milyonlarla canlıya ev sahibliyi edən Yer üzünün gələcək davamlılığına həssaslıqla yanaşmalıyıq. Planetimizi qorumaq hər birimizin məsuliyyətidir. Əminə Ərdoğan çıxışında tullantılar, iqlim dəyişikliyi, ərzaq qıtlığı və bu kimi digər qlobal problemlərə diqqət çəkərək deyib ki, biz bəşəriyyət olaraq, birlikdə bu problemlərə qarşı mübarizə aparmalıyıq. Bütün digər məsələlərdə olduğu kimi, burada da dünya beşdən böyükdür.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxışında bəşəriyyətin üzləşdiyi bütün ciddi problemlər sırasında ətraf mühitin qorunmasının çox böyük əhəmiyyət kəsb etdiyini deyib. Vurğulanıb ki, indiki və gələcək nəsillər naminə dünyanın daha yaxşı hala gətirilməsi ortaq məsuliyyətdir. Sahibə Qafarova bu mənada Əminə Ərdoğan tərəfindən irəli sürülən “Sıfır tullantı” təşəbbüsünün önəmini qeyd edib.
Parlamentin sədri 2017-ci ildə milli səviyyədə irəli sürülən bu təşəbbüsün hazırda BMT Baş Assambleyasının qətnaməsi kimi dünya miqyasında dəstək qazanmasını təqdir edərək, ölkəmizin bu qətnaməyə dəstəyini onun həmmüəllifi olmaqla nümayiş etdirdiyini vurğulayıb. Eyni zamanda qeyd edilib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə”ni imzalayıb.
Diqqətə çatdırılıb ki, ətraf mühitin mühafizəsinə bütün elementlərin geniş tətbiqi ilə kompleks yanaşma uğura aparan yeganə səmərəli yoldur. Bu mənada, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ümumi hədəflərə çatmaq üçün mühüm çərçivədir. Bu məsələnin Azərbaycan üçün də prioritet təşkil etdiyini bildirən Sahibə Qafarova deyib ki, ölkəmizdə qəbul olunan milli plan və strategiyalar ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə DİM-in prioritet və hədəflərinə uyğunlaşdırılıb. Belə ki, təmiz ətraf mühit və yaşıl inkişaf 2030-cu ilə qədər yeni inkişaf strategiyasının beş prioritet sahəsindən biri kimi müəyyən edilib. 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasında tullantıların səmərəli idarə edilməsi sisteminin daha da inkişafı, tullantıların məlumat bazasının və elektron informasiya sisteminin yaradılması, tullantıların təkrar emalının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Parlamentin sədri təəssüflə vurğulayıb ki, bəzi ölkələr indiki və gələcək nəsillər naminə ətraf mühiti qorumaq üçün mənəvi və hüquqi öhdəliklərə əməl etmirlər. Qeyd edilib ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılması həm də ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi və qoruqlarımızı məhv edib, təbii sərvətlərimizi qeyri-qanuni istismar edib, torpaqları və çayları, o cümlədən Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirib. Azərbaycan 2020-ci ildə ərazilərini erməni işğalından azad etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlayıb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhərlər və kəndlər”, “yaşıl enerji”, “sıfır emissiya” və “sıfır tullantı” konsepsiyalarına uyğun olan ekoloji cəhətdən dayanıqlı şəhər və kəndlər salınır. Bu yanaşmanın ilk uğurlu nümunəsi məcburi köçkünlərin artıq geri qayıtdığı Ağalı kəndidir.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır