Ceyhun Bayramov Fələstin prezidenti ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin prezidenti Mahmud Abbas tərəfindən qəbul edilib.
YeniAvropa xəbər verir ki, görüşdə ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə edilib.
Nazir Ceyhun Bayramov ötən il Azərbaycanın Fələstinlə diplomatik münasibətlərinin 30 illiyinin qeyd olunduğunu xatırlayaraq, iki dövlət arasında dostluq, həmrəylik və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişaf etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin təsis edilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyindən əminlik ifadə olunub. Çoxtərəfli platformalarda ölkələrimizin qarşılıqlı şəkildə bir-birinə göstərdiyi dəstək məmnunluqla qeyd edilib.
Nazir Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, postmünaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 30 ilə yaxın işğal nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına ləyaqətli qayıdışının təmini istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən törədilmiş davamlı təxribatlar, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin bölgədə Azərbaycanın sülh və quruculuq səylərinə maneə olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev Moldovaya işgüzar səfər edib
İsrail prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında iştirak edib-YENİLƏNİB
İsrailin Prezidenti və birinci xanımı İçərişəhərlə tanış olublar
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına təbrik məktubu ünvanlayıb
Milli Məclis ötən ilin dövlət büdcəsinin icrasını I oxunuşda qəbul edib
AŞPA-nın yay sessiyasının ilkin gündəliyi açıqlanıb
Prokurorluq Abşeronda fəhlənin iş yerində ölməsini araşdırır
Cozef Bayden İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçirir
Milli Məclis yaz sessiyasında sonuncu iclasını keçirir
UEFA Avropa Liqası: Bu gün qalib müəyyənləşəcək
İlham Əliyev ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisini qəbul edib
Yevlaxda özünü qatarın altına atan şəxsin kimliyi bəlli olub
İrandan Azərbaycana 50 kq narkotika gətirən şəxs saxlanıldı
Dünya çempionatı:Bu gün daha 3 taekvondoçumuz mübarizəyə başlayır
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxış edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Azərbaycan nefti 76,72 dollara satılır
Biləsuvarda sel gələn ərazilərdə əməliyyat şəraiti tam nəzarət altındadır
Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayıb
Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi
Selə görə təxliyə olunan 3 kəndin sakinləri evlərinə qayıdıb-FHN
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb
Biləsuvara sel gəlib,3 kəndin sakinləri təxliyə olunub