Paytaxtda şimal küləyi 38 metr/saniyəyədək güclənəcək
Martın 30-u axşamdan aprelin 1-i günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 18-23 metr olacağı, arabir 25-30 metrə çatacağı, martın 30-u axşam, 31-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-38 metrədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, martın 31-i gün ərzində havanın fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi proqnozlaşdırılır. Martın 31-i axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var.Y ağıntılı hava şəraiti aprelin 3-ü səhərədək davam edəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək.
Martın 30-da şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi ehtimal edilir. Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq, axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, arabir 25-30 metr/saniyəyə çatacaq, martın 30-u axşam, 31-də gecə və səhər bəzi yerlərdə arabir 33-38 metr/saniyəyədək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° enəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal edilir.
İlham Əliyev Moldovaya işgüzar səfər edib
İsrail prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında iştirak edib-YENİLƏNİB
İsrailin Prezidenti və birinci xanımı İçərişəhərlə tanış olublar
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına təbrik məktubu ünvanlayıb
Milli Məclis ötən ilin dövlət büdcəsinin icrasını I oxunuşda qəbul edib
AŞPA-nın yay sessiyasının ilkin gündəliyi açıqlanıb
Prokurorluq Abşeronda fəhlənin iş yerində ölməsini araşdırır
Cozef Bayden İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçirir
Milli Məclis yaz sessiyasında sonuncu iclasını keçirir
UEFA Avropa Liqası: Bu gün qalib müəyyənləşəcək
İlham Əliyev ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisini qəbul edib
Yevlaxda özünü qatarın altına atan şəxsin kimliyi bəlli olub
İrandan Azərbaycana 50 kq narkotika gətirən şəxs saxlanıldı
Dünya çempionatı:Bu gün daha 3 taekvondoçumuz mübarizəyə başlayır
İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxış edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Azərbaycan nefti 76,72 dollara satılır
Biləsuvarda sel gələn ərazilərdə əməliyyat şəraiti tam nəzarət altındadır
Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayıb
Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi
Selə görə təxliyə olunan 3 kəndin sakinləri evlərinə qayıdıb-FHN
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb
Biləsuvara sel gəlib,3 kəndin sakinləri təxliyə olunub