Hindistan hökuməti sabiq baş nazir Atal Bixari Vadjpainin vəfatı ilə əlaqədar ölkədə yeddigünlük matəm elan edib.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, matəm avqustun 16-dan 22-dək davam edəcək. Sabiq baş nazir avqustun 16-da 93 yaşında dünyasını dəyişib. O, 1996 və 1998-2004-cü illərdə Hindistan hökumətinə rəhbərlik edib.
1998-ci ildə Vadjpai hökumətinin nüvə silahı sınaqlarının keçirilməsini sanksiyalaşdırması Hindistan-Pakistan münasibətlərinin mürəkkəbləşməsinə gətirib çıxarmışdı. “Asiaweek” həftəliyinin ekspert-politoloqlar arasında keçirdiyi sorğunun nəticələrinə görə, Vadjpai 2000-ci ildə Asiyada ən yaxşı hökumət rəhbəri adlandırılmışdı.
O, bir neçə şeirlər toplusunun və kitabının müəllifidir.