logo

 “İraero” şirkəti də Ufa-Bakı aviareysinə başlayır

14:36 26-03-2023 | icon 1225
 “İraero” şirkəti də Ufa-Bakı aviareysinə başlayır

Martın 29-dan Ufadan Bakıya daha bir aviareys açılacaq.

 YeniAvropa xəbər verir ki,  “İraero” Hava Yolları Ufadan Azərbaycanın paytaxtına hər həftənin çərşənbə günləri reyslər yerinə yetirəcək.

Bildirilir ki, uçuşlar 100 yerlik “Suxoy Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Uçuş vaxtı təxminən üç saat olacaq.

Qeyd edək ki, bununla yanaşı, çərşənbə axşamı Ufadan Bakıya 126 yerlik “Utair” şirkətinin “Boeing 737-500” təyyarəsi də uçur. Həmçinin cümə axşamı və bazar günləri Azərbaycanın paytaxtına uçuşlar "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən 106 sərnişin tutumlu “Embraer 190” təyyarəsi ilə həyata keçirilir.