logo

Bu gün Bakıda “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı keçiriləcək

10:50 26-03-2023 | icon 1554
Bu gün Bakıda “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı keçiriləcək

Bu gün Bakıda Ağdamın "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında xeyriyyə matçı keçiriləcək.

YeniAvropa xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Oyunu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyev olacaqlar.

Görüşdən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.