logo

Yardımlıdan Bakıya 4 kq  narkotika gətirərkən yaxalandı

09:32 23-03-2023 | icon 1386
Yardımlıdan Bakıya 4 kq  narkotika gətirərkən yaxalandı

Yardımlıdan Bakıya külli miqdarda narkotik vasitə daşımaq istəyən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Yardımlı rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Novruz Həbibov idarə etdiyi “Chevrolet” markalı avtomobillə Yardımlı rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla N.Həbibovun onlayn yolla İran vətəndaşından əldə etdiyi həmin narkotik vasitəni satışının təşkil olunması üçün Bakı şəhəri ərazisinə çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.