logo

Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək

11:33 18-03-2023 | icon 1274
Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvəti ilə martın 19-24-də bu ölkədə rəsmi səfərdə olacaq.

QMİ-nin Mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı naziri Şeyx Əbdüllətif Al Əş-Şeyx ilə görüşəcək, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaq.

Səfər müddətində şeyxüliaslam A.Paşazadənin İslam Aləmi Liqası təşkilatının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha, Səudiyyə Krallığının rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.