logo

Biləsuvarda ağır avtoqəzada 1 nəfər ölüb, 7 nəfər yaralanıb

10:20 19-02-2023 | icon 11907
Biləsuvarda ağır avtoqəzada 1 nəfər ölüb, 7 nəfər yaralanıb

Fevralın 18-də saat 19 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazisində 1 nəfərin ölümü və 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, baş verən qəzada 2 minik avtomobili toqquşub. Nəticədə “VAZ 21 07” markalı minik avtomobilinin sürücüsü 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, 2 sərnişini və “VAZ 21 06” markalı minik avtomobilin sürücüsü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Araşdırma aparılır.