logo

“Qarabağ” – “Gent”: Birinci hissə başa çatdı – 0:0

22:35 16-02-2023 | icon 1526
“Qarabağ” – “Gent”: Birinci hissə başa çatdı – 0:0

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Azərbaycanın “Qarabağ” və Belçikanın “Gent” komandaları arasında keçirilən oyunda birinci hissə başa çatıb.

YeniAvropa xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hesab açılmayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü Məhəmməd Al-Hakimin başçılıq etdiyi isveçrəli hakimlər briqadası idarə edir.

Qeyd edək ki, qarşılaşmadan əvvəl Türkiyədə və Suriyada baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bundan başqa, futbolçular meydana “Yanınızdayız” pankartı ilə çıxıblar.

Xatırladaq ki, “Qarabağ” tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayır. Ağdamlılar ötən mövsüm turnirin bu mərhələsində Fransanın “Marsel” komandasına məğlub olaraq Avropa Kubokunda mübarizəni dayandırıb.