Avqustun 12-də Tacikistan dağlarında sərt eniş edən Mİ-8 helikopterində olan 15 nəfərdən beşi – üç alpinist və iki ekipaj üzvü həlak olub.
YeniAvropa xəbər verir ki, bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi məlumat yayıb. Helikopterdə olan alpinistlərdən 13-ü Rusiya, 1-i Belarus, digəri isə İspaniya vətəndaşı olub.
Helikopter 7495 metr hündürlükdə İsmoili Somoni zirvəsinə qalxdıqdan sonra Fortambek buzlağının yamacında yerləşən baza düşərgəsinə qayıdarkən qəzaya uğrayıb. Zirvə keçmiş SSRİ məkanının ən hündür dağıdır.
Hazırda xilasedicilər həlak olan insanların və yaralananların Düşənbəyə aparılması istiqamətində iş aparırlar. Hadisənin səbəblərini araşdırmaq üçün Hökumət Komissiyası yaradılıb.