Çinin cənub-qərbində 5 bal gücündə zəlzələ olub.
YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzi ölkənin cənub-qərbindəki Yünnan ştatında yerləşən Yüşi şəhərinə bağlı Tonghay rayonunda 5 bal gücündə zəlzələ qeydə alıb.
Ocağı 7 kilometr dərinliyində yerləşən zəlzələ bir nəfərin yaralanması, iki evin qismən dağılması ilə nəticələnib.
Təcili olaraq zəlzələnin baş verdiyi əraziyə mütəxəssislər göndərilib.