logo

Şuşada Uşaq Yaradıcılıq Festivalı keçiriləcək

09:49 10-02-2023 | icon 6202
Şuşada Uşaq Yaradıcılıq Festivalı keçiriləcək

Bu ilin iyun ayında Şuşada Uşaq Yaradıcılıq festivalı keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu məsələ  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Festivalla bağlı işlərin icrası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinə həvalə olunub.