logo

Mingəçevirdə kütləvi zəhərlənmə baş verib

21:58 12-08-2018 | icon 3885
Mingəçevirdə kütləvi zəhərlənmə baş verib

Mingəçevirdə məclisdə mədə bağırsaq pozuntusu keçirən 7 nəfər xəstəxanaya yerləşdirilib.

YeniAvropa xəbər verir  ki,  hadisə Günəşli yaşayış massivində keçirilən nişan mərasimində baş verib. Belə ki, qonaqlar arasında kütləvi mədə bağırsaq pozuntusu yaşanıb. Halı pisləşən 10-a yaxın məclis iştirakçısı xəstəxanaya çatdırılıb. Həmin şəxslərdən durumu daha ciddi olan 7-si xəstəxanaya yerləşdirilib. Onlar aşağıdakılardır:

Aşurov Osman Şahlar oğlu 2004-cü il təvəllüdlü Mingəçevir şəhər sakini

Aşurova Xumarə Anar qızı 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini

Aşurova Mətanət Ramiz qızı 1982-ci il təvəllüdlü Ağdaş rayon sakini

Aşurova Səidə Şahlar qızı 2003-cü il təvəllüdlü

Nəbiyeva Zinyət Ələddin qızı 1961-ci il təvəllüdlü Mingəçevir şəhər sakini

Mirzəliyeva Şəfa Elnur qızı 1952-ci il təvəllüdlü Mingəçevir şəhər sakini

Mirzəliyeva Şəfəq Təhməz qızı 2014-cü il təvəllüdlü Mingəçevir şəhər sakini

Əldə edilən ilkin məlumata görə qonaqlarda mədə pozuntusu ” Paytaxt “salatından istifadə olunandan sonra baş verib.

Faktla bağlı araşdırma aparılır.("Report")