logo

İran vətəndaşı Biləsuvarda yol qəzasında ölüb

18:18 09-02-2023 | icon 7014
İran vətəndaşı Biləsuvarda yol qəzasında ölüb

İran vətəndaşı Biləsuvar rayonunun Səmədabad kəndində yol qəzasına düşərək ölüb.

Daxili İşlər Nazirliyindən YeniAvropa-ya bildirilib ki, fevralın 9-da saat 10:30 radələrində İran İslam Respublikasının vətəndaşı Behruz Qolaminin idarə etdiyi "Renault" markalı yük avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması səbəbindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yolun kənarındakı su kollektoruna aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.