logo

"Banklar haqqında” Qanunda dəyişiklik edilir

11:55 09-02-2023 | icon 1246
"Banklar haqqında” Qanunda dəyişiklik edilir

"Banklar haqqında” Qanunda dəyişiklik ediləcək.

YeniAvropa xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 9-da keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, sənədin 41.2-ci maddəsində müəyyən dəyişikliklər olunacaq.

Həmin maddəyə, eyni zamanda, “Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir." məzmunlu abzas əlavə ediləcək.