logo

Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə gedir

11:55 08-02-2023 | icon 1386
Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində dağıdıcı zəlzələnin təsirinə məruz qalan bölgələrə gedərək, axtarış-xilasetmə işlərini yerində koordinasiya edəcək.

 YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının ilk olaraq Kahramanmaraş şəhər mərkəzinə, oradan Pazarcık rayonuna gedəcəyi gözlənilir.

Rəcəb Tayyib Ərdoğanın daha sonra Hatay vilayətində axtarış-xilasetmə işlərinin gedişi ilə tanış olacağı planlaşdırılır.