logo

FHN-in növbəti xilasetmə qrupu Türkiyəyə yola düşüb

10:30 08-02-2023 | icon 994
FHN-in növbəti xilasetmə qrupu Türkiyəyə yola düşüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti, 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.

 YeniAvropa xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov qardaş ölkədəki vəziyyətlə əlaqədar olaraq, qərargah yaradıldığını bildirib. “Sutkalıq rejimdə fəaliyyət göstərən xilasedicilərimiz öz vəzifələrini uğurla icra edirlər. Əməkdaşlarımız qarşıya çıxan istənilən problemi həll etmək əzmindədirlər”, - deyə o, bildirib.