logo

Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub

18:48 07-02-2023 | icon 1778
Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 828 min 106 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 848 nəfər müalicə olunaraq sağalıb, 10 min 96 nəfər vəfat edib. Aktiv xəstə sayı 162 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2185, bu günə qədər isə ümumilikdə 7 milyon 498 min 844 test icra olunub.