logo

 Gələcəkdə Aktau Qazaxıstanın Antalyası olacaq-Nursultan Nazarbayeb

19:25 11-08-2018 | icon 2737
 Gələcəkdə Aktau Qazaxıstanın Antalyası olacaq-Nursultan Nazarbayeb

Gələcəkdə Aktau şəhəri Qazaxıstanın Antalyası olacaq.

YeniAvropa xəbər verir  ki,  bu fikri Qazaxıstan prezidenti Nursultan Nazarbayev  bu gün  Aktau şəhərində Xəzərin sahilindəki «Tree of life» istirahət mərkəzini səfəri zamanı bildirib. Özündə çimərlik, akvapark, hovuzlar və mehmanxana kompleksini birləşdirən istirahət mərkəzi ilə yaxından tanış olan dövlət başçısı burada yaradılan şəraitdən çox məmnun qaldığını vurğulayıb. 

Burada dincələn turistlərlə söhbətində N.Nazarbayev Xəzər dənizi sahilindəki kurortlarının digərlərindən üstün olduğunu qeyd edib.   "Bu həm qiymətdə çox sərfəlidir, həm də ki, yay fəsili burada daha çox uzun olur. Digər tərəfdən isə Aktauda bütün lazımı infrastruktur, geniş mehmanxana fondu mövcuddur ",-deyə prezident vurğulayıb. 

Nursultan nazarbayev daha sonra deyib ki, o, əvvəllər istirahət etmək üçün  Alakol, Balxaş Borovoya gedərmiş. Aktauda yeni yaradılan istirahət kompleksi isə ölkədə turizmin inkişafı üçün böyük perspektivlər açır. 

"Bizim planlarımızda Aktauda  bu sahəni daha da inkişaf etdirmək vardır. Odur ki, gələcəkdə Aktau Qazaxıstanın Antayyasına çevriləcəkdir",-deyə Nursultan nazarbayev vurğulayıb. 

Qeyd edək ki,  Aktau şəhərindən 25 km məsafədə yerləşən «Tree of life» istirahət mərkəzinin ümumi sahəsi 5,7 ha təşkil edir.  Mərkəz 485,2 milyon investisiya hesabına  başa gəlib. Burada mövsüm ərzində 140 min nəfər turistə  xidmət etmək mümkün olacaq.