logo

Lavrov: KTMT-nin Ermənistan-Azərbaycan sərhədində missiya yerləşdirmək təklifinin qüvvədədir

14:54 02-02-2023 | icon 1407
Lavrov: KTMT-nin Ermənistan-Azərbaycan sərhədində missiya yerləşdirmək təklifinin qüvvədədir

KTMT-nin Ermənistan-Azərbaycan sərhədində missiya yerləşdirmək təklifi qüvvədədir.

YeniAvropa xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində deyib.

S.Lavrov qeyd edib ki, əgər Ermənistan maraq göstərərsə, bu missiyanı bir neçə günə orada yerləşdirmək olar.

O əlavə edib ki, Ermənistan və Azərbaycan Avropa İttifaqı ilə birlikdə 1991-ci il Almatı Bəyannaməsində göstərilmiş şərtlər əsasında sülh müqaviləsi bağlamağa hazır olduqları barədə sənəd imzalayıblar.

Nazir bildirib ki, Almatı Bəyannaməsinə əsasən yeni müstəqil ölkələr arasında sərhəd SSRİ-nin inzibati sərhədlərinə uyğun müəyyənləşir.

Qarabağ Sovet İttifaqı dövründə də Azərbaycan SSRİ-nin tərkibində olub.