Cavid Qurbanov Kurık limanının təqdimat mərasimində iştirak edir
Qazaxıstanın Manqistau vilayətində prezident Nursultan Nazarbayevin iştirakı ilə Kurık limanının bərə kompleksinin multimodal nəqliyyat mərkəzinin təntənəli təqdimat mərasimi keçirilib. Azərbaycanı sözügedən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Türkmənistan, İran, Çin, Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstanın dövlət orqanlarının rəhbərləri, nəqliyyat-logistika şirkətləri iştirak edir.
Kurık limanı beynəlxalq nəqliyyat dəhlizləri şəbəkəsinə daxil edilib. Kompleksin avtomobil və dəmir yolu-bərə ötürmə qabiliyyəti ildə 7 milyon tondan çoxdur. Kurıkın gömrük xidməti ən çox 30-40 dəqiqə nəqliyyat vasitələrinə xidmət edəcək, limanının əsas obyektləri terminal-anbar infrastrukturunun inkişafına imkan yaradacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanovun sözlərinə görə, Kurık limanı Qazaxıstan və Azərbaycan dəmir yolu infrastrukturu arasında texnoloji körpüdür. Azərbaycan nəqliyyatçıları tətbiqi marketinq logistika, dəmir yolu və dəniz nəqliyyatı üzrə müasir multimodal qərarların qəbul edilməsində qazaxıstanlı həmkarları ilə əməkdaşlıq edir.
Təqdimat iştirakçıları Qazaxıstanın nəqliyyat-logistik sisteminin və beynəlxalq ticarət axınlarına, eləcə də onun inteqrasiyasının inkişafının tarixində bu əlamətdar hadisənin əhəmiyyətini qeyd ediblər. Qazaxıstan Avropa və Asiya arasında transkontinental daşınmaların inkişafı üzrə fəal iş aparır. Avrasiya nəqliyyat dəhlizlərinin inkişafı üçün son 10 il ərzində nəqliyyat-logistik infrastruktura təxminən 30 milyard ABŞ dolları sərmayə qoyulub. Müasirləşdirmə və yeni infrastrukturun tikintisi layihələrinin həyata keçirilməsi isə davam edir. İnvestisiyalar 2020-ci ildə daha 8,4 milyard dollar təşkil edəcək. Bu, İpək Yolunun ticarət axınına əlavə təkan verəcək.
Xatırladaq ki, Kurık limanının ilk işə salma kompleks obyektlərinin tikintisi 2015-ci ilin aprelində başlanıb. 2018-ci ilin yanvar-iyun aylarında yüklərin boşaldılması həcmi 856 min ton təşkil edib.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib