logo

Ərdoğan: "İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik"

15:15 01-02-2023 | icon 1344
Ərdoğan: "İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik"

Türkiyə İsveçin Şimali Atlantika Alyansına üzvlüyü barədə müraciətini təsdiqləməyəcək.

YeniAvropa xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin(TBMM) iclasında çıxışı zamanı deyib.

“İsveç vaxtını boşuna sərf etməməlidir. Müqəddəs kitabımız – Quranın yandırılmasına və cırılmasına imkan verildiyi müddətdə sizin NATO-ya daxil olmanıza “hə” deyə bilmərik. Eyni zamanda, Finlandiyanın üzvlüyünə münasibətimiz müsbətdir”, - deyə Türkiyə prezidenti vurğulayıb.