logo

Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürülüb

21:41 31-01-2023 | icon 917
Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürülüb

“Xural TV”nin həbsdə olan baş redaktoru Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Məlahət Qisuri məlumat  verib. Qeyd edib ki,  o, bundan sonra Bakı İstintaq Təcridxanasında saxlanılacaq.

Qeyd edək ki, hazırda Ə.Zeynallının ibtidai istintaqı davam edir.

Xatırladaq ki, Ə.Zeynallı və vəkil Elçin Sadıqov "Baku Steel Company” şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü və E.Sadıqova qarşı isə həmin Məcəllənin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddələri ilə ittiham irəli sürülüb və 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra E.Sadıqov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.