logo

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib

21:12 31-01-2023 | icon 805
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib

Bu gün Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

YeniAvropa xəbər verir ki,  Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” da var.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.