logo

Paytaxtda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

19:49 31-01-2023 | icon 889
Paytaxtda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Bakıda 104, 208 və 209 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.Qeyd edilib ki, fevralın 1-i saat 08:00-dan 18:00-dək Suraxanı rayonu, Xanlar Ələkbərov və Səttar Bəhlulzadə küçələrinin kəsişməsində yerləşən qorunan dəmir yolu keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Məhdudiyyətlərə görə 104, 208, 209 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilərək, müvəqqəti olaraq İlqar Məmmədov və Vladimir Balandin küçələrinin kəsişməsində yerləşən dəmir yolu keçidindən təşkil ediləcək.