Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Terezi" Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri Cəlal Hüseynov ilə görüşüb.
KOBİA-dan YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan və Ukrayna iş adamları arasında əməkdaşlığa və bu sahədə təşəbbüslərin reallaşdırılmasına birgə dəstəyə dair fikir mübadiləsi aparılıb.